Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Olimpiya Qaçış Günü” keçirilib.
Publika.az xəbər verir ki, Müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə Olimpiya bayramında qaçış yarışları təşkil edilib. Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarət olub.
"Olimpiya Qaçış Günü"nün fəxri qonaqları sırasında Olimpiya çempionları Rəfiqə Şabanova, İradə Aşumova, Zemfira Mehtəhətdinova, Fərid Mansurov, Namiq Abdullayev də olublar.
Beynəlxalq Olimpiya Günündə 500-ə yaxın iştirakçı yarışda iştirak edib. Yarışlarda ilk üç yeri tutan iştirakcılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunublar.
Amin