Rihannanın ərəb şeyxi Hassan Jameel ilə sevgili olması dünya şou gündəmini zəbt edib. Lakin, bu münasibət iki yaxın rəfiqəni bir-birinə düşmən edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur model Naomi Campbell keçmiş sevgilisinin Rihanna ilə görüşdüyündən xəbəri olub və buna əsəbləşib.
Naomi onu sosial şəbəkədəki hesablarından çıxarıb. Bundan əlavə, model ikinci qadın olmağı heç vaxt qəbul etmədiyini bildirib.
O, Rihannaya sərtaltı söz ataraq Jameelin həyatında başqa bir qadının da olduğunu vurğulayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində