Pepeni transfer etməklə gündəmə düşən "Beşiktaş" daha bir futbolçunu izləyir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qara qartallar" bu dəfə "Rostov"un hücumçusu Sərdar Azmuna maraq göstərir. İstanbul klubu iranlı forvarda görə Denis Boyko və Araz Özbilizi qarşı tərəfə göndərməyə hazırdır. "Beşiktaş" bu futbolçuların üstündə 3.5 milyon avro ödəməyə də razılaşa bilər.
Azmunun "Rubin"ə transferi gözlənilir. Onunla "Lazio"nun maraqlandığı barədə məlumatlar da var. Ötən mövsüm Rusiya Premyer Liqasında 27 oyunda meydana çıxan Azmun 7 qol və 1 məhsuldar ötürmənin müəllifi olmuşdu.
Milli.Az