Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin (KONKAKAF) çempionu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, KONKAKAF Qızıl kubokunun final oyununda ABŞ və Yamayka üz-üzə gəlib.

Yarışın ev sahibi olan ABŞ millisi həlledici qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Bu, yığmanın 6-cı qitə çempionluğudur.

III yer uğrunda matç keçirilmədiyindən Meksika və Kosta-Rika komandaları bürünc medala yiyələnib.

ABŞ millisi çempion olmaqla həm də Konfederasiyalar kubokunda mübarizə aparmaq üçün şans qazanıb. Onlar 2021-ci ilin turnirində iştirak etmək üçün 2019-cu ilin KONKAKAF çempionu ilə əlavə matç keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində