“Forbes” jurnalı qadınların təkbaşına səyahət etməsi üçün təhlükəli olan ölkələrin adlarını açıqlayıb.
Publika.az xəbər verir ki, jurnal bu siyahını Xarici İşlər Nazirliyinin ABŞ vətəndaşı olan bir qadının Meksikadakı oteldə öldürülməsi haqda verdiyi açıqlamadan sonra yayımlayıb.
Məqalədə bu ölkələrin qadınlar üçün niyə təhlükəli olmasının səbəbləri də tək-tək izah edilib.
Həmin ölkələrin sıralaması belədir:
1. Misir
2. Mərakeş
3. Yamayka
4. Hindistan
5. Peru
6. Baham Adaları
7. Kolumbiya
8. Ekvador
9. Türkiyə
10. Quatemala
Burada diqqət çəkən məqamlardan biri Türkiyənin siyahıda yer almasıdır.
Məqalədə “niyə Türkiyə təhlükəlidir” sualını trip.com saytının redaktoru Culia Pond cavablayıb. O, keçən il Türkiyədə çox sayda siyasi qeyri-sabitliyin yaşandığını, jurnalistlərin və müxalifətçilərin birdən-birə yoxa çıxdığını deyib. C.Pond qadınlara səyahət etmək planları qurarkən ölkələrin səyahət xəbərdarlıqlarını izləməyi tövsiyə edib.
Zümrüd