İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem yamaykalı sprinter Useyn Boltla bağlı paylaşım edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bekhem avqustun 5-də son dəfə qaçış cığırına çıxan əfsanəvi sprinterə karyerasına görə təşəkkürünü bildirib.

"Dostum, səni fəxrlə yola salırıq. Uzun illər bu insanın uğurlarını heyranlıqla izləyirdik. O, ildən-ilə yeni zirvələrin fəth olunmasına şahidlik edən dünyadakı milyonlarla uşaq və böyüklərə sevinc bəxş edib. Karyerasının sona çatması çox kədərlidir. Sənə çox sağol demək istəyirəm, Useyn Bolt".

Qeyd edək ki, Bolt Londonda keçirilən dünya çempionatından sonra karyerasını başa vuracaq. O, 100 metr məsafəyə qaçışda 3-cü olub.

Milli.Az