Useyn Bolt “Mançester Yunayted”in heyətində “Barselona”ya qarşı oynaya bilər

Useyn Bolt “Mançester Yunayted”in heyətində “Barselona”ya qarşı oynaya bilər
16:12 16 Avqust 2017
158 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 avqust. REPORT.AZ/ Yamaykalı sprinter Useyn Bolt İngiltərənin “Mançester Yunayted” komandasının heyətində veteran futboçularla birgə İspaniya “Barselona”sı ilə xeyriyyə matçında iştirak edə bilər.
“Report”un “The Sun”a istinadən verdiyi məlumata görə, 8 qat olimpiya çempionunun görüşdə iştirakı onun zədəsinin sağalmasından asılıdır. Bolt avqustun 13-də peşəkar karyerasını Londonda keçirilmiş dünya çempionatında zədələnərək baş vurduğu zaman xəsarət alıb. 
Üstəlik, İngiltərə Çempionşip komandası olan "Berton Albion" karyerasını futbolda davam etdirmək istəyən 31 yaşlı idmançını baxışa dəvət edib.
Qeyd edək ki, bu ilin əvvəlində “Mançester” və “Barselona” veteranları arasında baş tutmuş matç ingilislərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/useyn-bolt-mancester-yunayted-in-heyetinde-barselona-ya-qarsi-oynaya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR