Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF oyunlarında gümüş medal qazanıb.
Publika.az "Anadolu"ya istinadən xəbər verir
ki, yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə
yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.
Yarışmanı yamaykalı Julian Forte (9.91) qazanıb. Böyük britaniyalı
Adam Gemili isə 10.10 saniyəlik nəticə ilə 3-cü olub.