Ersun Yanalı istefaya göndərən "Trabzonspor" səhbərliyi Fatih Terimi komandanın başına gətirmək istəyir.
Milli.Az xəbər verir ki, "bordo-mavililər" yeni məşqçi nəmaizədi kimi ilk Terimlə danışıqlara başlayıb. Lakin onun klubun sükan arxasına keçməsi o qədər də real görünmür.
"Trabzonspor"un maraq dairəsində olan digər məşqçi isə Rıza Çalımbaydır.
Qeyd edək ki, hazırda baş məşqçi postu boş olan klubu növbəti matça aşağı yaş qrupu məşqçisi İhsan Dərəlioğlu hazırlaşdıracaq.
Adil Nəcəfov
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində