Ümumdünya Antidopinq Agentliyinin (WADA) informatoru Qriqori Rodçenko 34 rus futbolçunu dopinq qəbulunda ittiham edir. Siyahıda kifayət qədər tanınmış futbolçular da yer alır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rodçenko əksər futbolçuların Rusiya Federasiyasının "Dopinq üzrə" Dövlət Proqramında iştirak etdiyini FİFA-ya açıqlamağa hazırdır. Üzərinə dopinq şübhəsi düən futbolçulardan İqor Akinfeyev, Vasili Berezutski, Serqey İqnaşeviç, Alan Dzaqoyv, Juri Jirkov, Qeorqi Şennikov (CSKA), Yuri Lodıqin, Oleq Şatov, Aleksandr Kokorin (Zenit), Aleksey İonov (Rostov), Aleksandr Səmədov, Dmitri Kombarov, Denis Qluşakovu (Spartak) xüsusi qeyd etmək olar.

FİFA rus futbolçuların qadaan olunmuş preparatlardan istifadəsini müəyyən etməsə də, araşdırmalar davam edir.

Milli.Az