Rusiya Premyer Liqasında mübarizə aparan "Rostov" yeni baş məşqçisini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu postu gənc mütəxəsis Valeri Karpin tutub. Onunla 2.5 illik müqavilə imzalanıb. Karpin baş məşqçisi postunda həmkarı Leonid Kuçuku əvəzləyib. Belarusiyalı mütəxəsis dekabrın 6-da istefa vermişdi.

Valeri Karpin məşqçilik karyerasına 2009-cu ildə Moskva "Spartak"ında başlamışdı. 2014-cü ildə "qırmızı ağlar2la yolları ayrılan rusiyalı məşqçi "Mallorca" (2014-15) və "Torpedo Armavir"i (2015-16) da çalışdırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində