“Qalatasaray”a yenidən baş məşqçi təyin olunan Fatih Terim heyətdə təmizliyə start verib.
Publika.az xəbər verir ki, cari mövsümdə meydana çıxmayan Naycel De Yonqun müqaviləsinə xitam verilib.
Qeyd edək ki, daha əvvəl “Milan” və “Mançester Siti” kimi klublarda da çıxış etmiş De Yonq 2016-cı ilin avqustunda 2.5 milyon avro qarşılığında 2 il müddətinə “Los Anceles Qalaksi” klubundan transfer edilmişdi.