“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, “11-lik”də Azərbaycan milli komandasının formasını geyinməyə namizəd olan Ayaz Quliyev də var. Müqavilə ilə Moskva “Spartak”ına məxsus 21 yaşlı yarımmüdafiəçi ötən il icarə əsasında “Anji”də çıxış edib.
O, Mahaçqala təmsilçisinin heyətində 22 matçda iştirak edib və 1 qol vurub.
Qeyd edək ki, artıq “Anji”dən ayrılan gənc futbolçunun qış fasiləsində “Rostov”a icarəyə veriləcəyi bildirlir.