"Qalatasaray" "Yuventus"un futbolçusu Kvadvo Asamoanın transferindən əlini üzüb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim Türkiyə mətbuatına açıqlamasında Asamoanın transferinin çox çətin olduğunu deyib. O, buna görə, alternativ variantlar üzərində düşündüklərini bildirib:

"Asamoanın transferi məsələsi mən kluba gəlməmişdən əvvəl var idi. Ancaq çox çətin görünür. Alternativ variantlara baxırıq. İstəyimizə, sistemimizə, büdcəmizə uyğun, fərq yaradacaq futbolçu olmalıdı. Sol cinah müdafiəçisi ilə yanaşı, bir sürpriz transfer də edə bilərik".

Fatih Terimin bu sözlərindən iki saat sonra "Yuventus"un rəsmi "instagram" səhifəsinin paylaşımı diqqət çəkib. Belə ki, səhifə qanalı futbolçunun şəklini paylaşaraq, "Forza Yuve" sözlərini yazıb. "Yuventus"un bu paylaşımla futbolçunun komandada qalacağına işarə etdiyi deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində