"Real"ın futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyun öncəsi (3:1) baş məşqçi Zinəddin Zidana Kərim Benzemanı əsas heyətdə oynatmamağı məsləhət verdiyi məlum olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, fransalı mütəxəssisə Benzema ilə yox, Qaret Beyllə oynamaq istədiyini bildirib.Ancaq Z.Zidan öz həmyerlisini müdafiə etdiyi üçün Benzemanı start heyətdə meydana çıxarıb.
Ronaldo hesab edir ki, 1/4 finala yüksəlmək istəyirlərsə, uelsli oyunçuya şans verilməlidir.
Qeyd edək ki, Benzema PSJ ilə görüşün 68-cı dəqiqəsində Q.Beyllə əvəzlənib.
Mİlli.Az