Rusiya Premyer Liqasında XXII tur davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası "Rostov" da növbəti oyununu keçirib.

Sözügedən komanda "Zenit"i qəbul edib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Quliyev 64-cü dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, "Rostov" 22 oyundan sonra 26 xalla 10-cu yerdə qərarlaşıb.

Milli.Az