Rusiya Premyer Liqasında XXVII turun oyunları keçirilir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Rostov" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Rubin"lə qarşılaşıb. Tərəflər görüşdən hərəyə bir xalla ayrılıblar - 1:1.
Matça ehtiyat oyunçular skamyasında başlayan Ayaz fasilədən dərhal sonra - 46-cı dəqiqədə oyuna girib.
Qeyd edək ki, "Rostov" geridə qalan 27 oyundan sonra 31 xalla 11-ci pillədə qərarlaşıb.
Milli.Az