Devid və Viktoriya Bekhemin 19 yaşlı oğlu Bruklin yeni eşqə düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bruklin bütün gününü 28 yaşlı müğənni və rəqqasə Leksi Panterro ilə keçirir. Onların birlikdə çəkilən fotosu sosial şəbəkələrdə də yayılıb.

Restoranlardan birində paparassilərin fotokamerasına tuş gələn sevgililər səmimi söhbət edib, qucaqlaşıb və zarafatlaşıblar.

Qeyd edək ki, gənc Bekhem bundan əvvəl Hloe Maresə 20 yaşlı kanadalı model Leksi Vudla xəyanət etmişdi.

Milli.Az