“Qalatasaray”ın baş məşqçisi Fatih Terim haqqında iddia yayılıb.
Publika.az xəbər verir ki, baş məşqçinin yaxın zamanlarda klub prezidenti kimi fəaliyyətə başlayacağı deyilir.
Mövsümün ortasında “Qalatasaray”ın başına keçdikdən sonra əhəmiyyətli işlər görən Terimin “Malatyaspor” matçından sonra dediyi “İrəlidə prezident vəzifəsinə keçərsəm, baş məşqçi sabitliyini təmin edəcəm” sözləri bu iddiaya rəvac verib.
Arsen Vengerin 22 ildir “Arsenal”la işlədiyini xatırladan təcrübəli məşqçi ilk dəfə klubun ən ali vəzifəsi üçün siqnal verib.
Zümrüd