Nəhayət ki, çoxdan gözlənilən gün gəldi!
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə dəqiqədən sonra amerikalı aktrisa Meqan Markl və Britaniya şahzadəsi Harri rəsmən ər-arvad olacaq. Möhtəşəm hadisəni işıqlandırmaq üçün minlərlə fotoqraf və kameraman toplaşıb.
Mərasim Vindzor qəsrində, Müqəddəs Georgi kilsəsində keçiriləir. İlk ulduz qonaqlar artıq gəlməyə başlayıb.
Nikah mərasiminə 600 nəfər dəvət olunub. Mərasimin ilk qonaqları arasında İdris Elba, Opra Uinfri, Serena Uilyams, Ceyms Blant, Çarlz və Karen Spenser, Devid və Viktoriya Bekhem cütlüyü və başqaları var.
Şahzadə ilə 36 yaşlı aktrisanın nikahını David Connor bağlayacaq. Dini nikahdan sonra cütlük at arabası ilə məşhur küçələri gəzərək saraya geri qayıdacaq.
Möhtəşəm toyu izləmək üçün Vindzor qalasının ətrafında da minlərlə insan toplaşıb.
Aytən