2017/2018 mövsümünü çempion olaraq başa vuran “Qalatasaray” Çempionlar Liqasında uğurlu nəticələr əldə etmək üçün hazırlıqlara başlayıb.

Publika.az xəbər verir ki, heyətini gücləndirmək üçün transfer işlərinə erkən başlayan “sarı-qırmızılılar” legionerlərlə yanaşı, yerli futbolçulara da göz dikib.

İlk hədəf “Beşiktaş”ın “Arsenal”dan aldığı Oğuzxan Özyaqubdur. 25 yaşlı futbolçunun həm mərkəzdə, həm də hücumun arxasında oynaya bilməsi baş məşqçi Fatih Terimin diqqətini çəkib və Badou Ndiayenin klubdan ayrılması ilə bu transferin gerçəkləşməsi şərt olub.

O.Özyaqub öncəliyinin “Beşiktaş” olduğunu bildirsə də, transfer təklifinə rədd cavabı verməyib. Qeyd edək ki, mərkəz oyunçusunun müqavilə müddəti 30 iyunda başa çatır. Onunla həm də bir neçə Rusiya klubu maraqlanır.

“Beşiktaş” 2012-ci ildən klubda çıxış edən futbolçu ilə yeni müqavilə üçün razılığa gəldiyini bildirsə də, ortada rəsmi imzanın olmaması “Qalatsaray”ı ümidləndirib.

"Transfermarkt" 25 yaşlı oyunçuya 8 milyon avro qiymət qoyub.

Zümrüd