Kubada "Alberto" qasırğası nəticəsində ölənlərin sayı 7-yə çatıb, 2 nəfər isə itkin düşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, qasırğa səbəbi ilə Sankti-Spiritus, Syenaueqos və Vilya-Klara əyalətlərində 20 mindən artıq insan təxliyə edilib.
Ölkədə 44 mindən artıq ev elektrik enerjisiz qalıb, telefon rabitəsi pozulub.
Milli.Az