Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xuan Antonio Pitsi 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçunu mundialda iştirak edəcək heyətə daxil edib.
Qapıçılar: Məhəmməd əl-Ovays ("Əl-Əhli", Ciddə), Abdulla əl-Mayyuf ("Əl-Hilal"), Yasser əl-Mosaylem ("Əl-Əhli")
Müdafiəçilər: Osama Xavsavi, Yasser əl-Şahrani, Məhəmməd əl-Burayk, Əli əl-Bulaihi (hamısı "Əl-Hilal"), Mansur əl-Hərbi, Motaz Xavsavi (hər ikisi "Əl-Əhli"), Ömər Xavsavi ("Əl-Nəsr")
Yarımmüdafiəçilər: Salman əl-Fərəc, Abdulla Otaif, Abdulmalik əl-Haibri (hamısı "Əl-Hilal"), Salem əl-Dosari ("Vilyarreal", İspaniya), Hattan Bahebri, Hüseyn əl-Mafhavi, Abdulla əl-Haybari, Məhəmməd Kano (hamısı "Əl-Səbəb"), Yəhya əl-Şeri ("Leqanes", İspaniya), Taysir əl-Cassim ("Əl-Əhli")
Hücumçular: Mohannad Asseri ("Əl-Əhli"), Məhəmməd əs-Saxlavi ("Əl-Nəsr"), Fahad əl-Muvallad ("Levante", İspaniya)
Qeyd edək ki, A qrupunda yer alan Səudiyyə Ərəbistanı iyunun 20-də Rostov-Donda Uruqvay, iyunun 25-də isə Volqoqradda Misirlə qarşılaşacaq.
Milli.Az