"Rostov" "Spartak"ın azərbaycanlı futbolçusu Ayaz Quliyevi birdəfəlik alıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanıb. Bu keçid üçün Moskva təmsilçisinə 500 min avro ödənilib.

Qeyd edək ki, Rusiyanın U-21 komandasına çağırılan Ayaz Quliyev Azərbaycan millisinin maraq dairəsindədi. Yığmamızın baş məşqçisi Qurban Qurbanov onu izlədiklərini bildirib.

Milli.Az