Bu gün Dünya Çempionatının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.
Publika.az xəbər verir ki, ilk olaraq meydana mundialın favoritlərindən Braziliya eyni qitədən olan Meksika ilə çıxacaq.
Qrup oyularında cəmi 1 dəfə xal itirən Braziliya bu matçın favoritidir. Meksika millisi mundiala Almaniya üzərində böyükhesablı qələbə ilə start versə də, son görüşdə İsveç ilə alınan böyükhesablı məğlubiyyət komandanın gücünü şübhə altına salıb.
Digər matçda isə Belçika Yaponiya ilə üz-üzə gələcək. Bu qarşılaşmanın aşkar favoriti avropalılardır. Buna səbəb “Qırmızı şeytanlar”ın qrupda maksimum nəticə göstərməsidir.
Dünya Çempionatı
1/8 final mərhələsi
2 iyul
18:00. Braziliya - Meksika
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara. “Kosmos Arena”
22:00. Belçika - Yaponiya
Baş hakim: Malanq Dyediu (Seneqal)
Rostov. “Rostov Arena”
Zümrüd