Yaponiya milli komandasının azarkeşləri Belçika yığması ilə dünya çempionatının 1/8 final matçından sonra da tribunada özlərinin oturduqları hissədəki zibilləri toplayıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, asiyalı fanatlar qrup oyunlarından başlanan ənənəvi təmizlik işlərini bu görüşün ardından da davam etdiriblər. Yaponiya qrup oyunlarını Saransk, Yekaterinburq və Volqoqradda, 1/8 final görüşünü Rostovda keçirib. "Gündoğar ölkə" təmsilçisi son matçında ikinci hissənin əvvəllərində hesabda 2:0 öndə olduğu halda, uzatma dəqiqələrində buraxdığı qolla uduzub - 2:3. Lakin son dəqiqə üzüntüsü də yaponiyalı azarkeşləri ənənələrindən əl çəkməyə sövq etməyib.

Qeyd edək ki, Belçika 1/4 finalda Braziliya ilə qarşılaşacaq.

Milli.Az