Devid və Viktoriya Bekhemlər boşanmaları, münasibətlərin korlanması, ailələrinin dağılması ilə bağlı şayiələrə uzun müddət idi ki, cavab vermirdilər.
Dünən məşhur cütlükdən belə cavab gəlib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən onlar nikahlarının 19-cu ildönümünü qeyd ediblər.
Devidlə Viktoriyanın toyları 1999-cu ilin iyulun 4-də, İrlandiyanın paytaxtı Dublinin yaxınlığındakı Luttrellstaun qəsrində olmuşdu.
"Spice Girl" qrupunun sabiq solisti Viktoğriya Bekhem İnstagram-dakı profilində yubiley naharından fotonu paylaşaraq "19 il!!! Səni çox sevirəm" yazıb.
Milli.Az