Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə daha bir futbolçu dəvət olunub.
Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, Rusiyanın "Rostov" klubunda çıxış edən Elvin Talıbov komandaya qoşulub.
Qeyd edək ki, U-19 yığmamız iyulun 5-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirir. Hazırlıq prosesi iyulun 27-dək davam edəcək.
Milli.Az