Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem ailəsi ilə birlikdə Xorvatiyada istirahət edir.
Milli.Az "Daily Mail"-ə istinadən bildirir ki, 43 yaşlı Devid Bekhem, onun 44 yaşlı xanımı Viktoriya, övladları Bruklin, Romeo, Kruz və Harper Adriatik dənizinin sahilində istirahət edərkən kameralardan yayına bilməyiblər.
Nyu-Yorkdakı nüfuzlu "Parsons School of Design"da təhsil alan 19 yaşlı Bruklinin dediyinə görə, ailəsi üçün darıxdığından Xorvatiyadakı istirahətə qoşulub.
Milli.Az