Tünzalə Ağayeva
Müğənni
2001-günümüz
Sevdi can səni "Sevdi can səni" albomu, Xavərim "Bir də baxım" albomu, Yağış "Oxu" albomu, Sevgilər "Oxu" albomu, İllərə yalvardım "İkimizin yerinə" albomu, İstəyirəm "İkimizin yerinə" albomu, Görüşək (2011-ci il), Pərvanə (2011-ci il), Sənsiz (2012-ci il), Hədiyyə (2012-ci il), Gülbahar (2013-cü il), Xoş gəldin (2013-cü il), Hər şey yaxşı olacaq (2014-cü il), Qovuş Ona (2014-cü il)
Sevdi can səni, Bir də baxım, Oxu.., İllərə yalvardım, İkimizin yerinə, Anam Azərbaycan, Özümü bilirəm
“Olmuşam”, “Oxu...”, “Ölkəm”, “Sülhümüzü qoruyaq” (insan alverinə qarşı beynəlxalq proqram çərçivəsində təşkil olunub), “Tünzalənin JAZZ Dünyası”, "Tünzalə JAZZibəsi"
Azərbaycanın “Əməkdar Artisti” (2006), "İlin ən vətənpərvər müğənnisi" (2010), “İlin ən yaxşı sənətçisi” (2012),
Əməkdar artistin ilk rəsmi nikahından bir qız övladı var.
Ad,Soyad Tünzalə Ağayeva
Yaş 21 Oktyabr 1976 (48 Yaş )
Doğulduğu yer Tovuz
Vəzifə Müğənni, bəstəkar
Boy 160
Çəki 53
Yenilənmə tarixi 03-01-2017

Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində anadan olmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.

2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur.

2002-ci ildə o, Rusiya Federasiyasında keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalıb gəldi.

2003-cü ildə isə Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.

2006-cı ildə Tünzalə Ağayeva Azərbaycanın “Əməkdar Artisti” fəxri adına layiq görülmüşdür.

2008-ci ildə Tünzalə Ağayeva tanınmış caz bəstəkarı, pianoçu və aranjimançı Cəmil Əmirovla birgə "Ölkəm" layihəsini həyata keçirdi. Layihədə görkəmli bəstəkar Asəf Zeynallının "Ölkəm" romansı yeni aranjiman və yeni üslubda tamaşaçılara təqdim olundu.

2008-ci ildən Tünzalə Ağayeva Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.

2010-cu ildə “Qızıl Başlar” Gənclər Mədəniyyət Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Tünzalə Ağayeva Azərbaycanda "İlin ən vətənpərvər müğənnisi" seçilmişdir.

2011-ci ildə o, respublikada gənc ictimai hərəkatlarında fəal iştirakına görə ən böyük ictimai birlik olan "İrəli" İctimai Birliyi tərəfindən xüsusi diploma layiq görülmüşdür.

2012-ci ildə "İrəli" İctimai Birliyinin dəstəyi ilə Tünzalə Ağayeva "Anam Azərbaycan" adlı vətənpərvərlik mövzusunda əsərlərindən ("Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Biz gəlirik", "İgidlər", "Şəhidim", "Bizim zaman") ibarət albomunu çıxartdı. Albom uşaq bağçaları, orta və ali təhsil müəssisələrinə paylanmışdır. Məqsəd gənclərdə və uşaqlar vətənpərvərlik hisslərinin aşılanması idi.

2012-ci ilin sentyabr ayında qardaş Türkiyədə “Avropa Qəzet işçilərinin dərnəyi” tərəfindən Tünzalə Ağayeva “İlin ən yaxşı sənətçisi” adına layiq görülmüşdür.

Bu günə qədər o, bir sıra beynəlxalq musiqi festivallarında rəsmi qonaq qismində iştirak etmişdir. Tünzalə Ağayeva “Azərbaycan Mədəniyyət Günləri” dövlət layihələri çərçivəsində Azərbaycanı xaricdə təmsil etmiş və gənc ifaçıların musiqi müsabiqələrində münsif kimi iştirak etmişdir.

2012-ci ilin avqust ayında o, “Qızıl Aypara” beynəlxalq xeyriyyə təşkilatı üçün konsert vermişdir. Konsert “Avrasiya” beynəlxalq araşdırma institutu tərəfindən dəstəklənmiş və İranda baş vermiş zəlzələdən əziyyət çəkən azərbaycanlılara kömək məqsədi daşıyırdı.

2012-ci ilin noyabr ayında Tünzalə Ağayeva Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Bakı Caz festivalında iştirak etmiş və məşhur Azərbaycan dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə ilk simfo-caz konsertini vermişdir.

2014-cü ilin əvvəlindən Tünzalə Ağayeva Türkiyənin TRT televiziyasının dəvətilə TRT Müzik kanalında "Bir sesin cazibesi" adlı musiqi proqramını hazırlayır və aparıcılığını edir.

Tünzalə Ağayeva hal-hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir.