29 iyul 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşun­larının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisin­dəki sər­həd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazi­sindən qaçaqmal yolu ilə 3 bağla­madan ibarət 6 qutuda 10 milli­qramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Myd­rax” dərman prepa­ratla­rının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alın­ıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a daxil olan məlumata görə, 28-31 iyul 2018-ci il tarixlərdə Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Za­qa­tala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massiv­lərin­də 13796 ədəd ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitmiş çətənə kolları aşkar olunub.

Müvafiq qaydada aktlaş­dırılaraq məhv edil­ib.