Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilirin 44 günlük Vətən müharibəsi dövründə media və informasiya mübarizəsinə dair araşdırması “Beynəlxalq təhlükəsizlikdə müharibə jurnalistikası” kitabında türk və ingilis dillərində nəşr olunub.
Metbuat.az xəbər verir ki, araşdırmada Azərbaycan jurnalistlərinin müharibə zamanı dezinformasiyaya qarşı mübarizəsi, məlumatların müxtəlif mənbələrdən yoxlanılması, mina təhlükəsi və münaqişədən sonrakı proseslərin işıqlandırılması təhlil edilir.
Kitabda Azərbaycan və Türkiyə arasında müharibə müxbirliyi üzrə keçirilən təlimlər və Türkiyə-Azərbaycan Media Platformasının fəaliyyəti də qeyd olunur. Müəllif müharibə jurnalistikasının yalnız döyüş bölgəsindən xəbər çatdırmaq deyil, həm də düzgün informasiyanın qorunması və ictimaiyyətin təhlükələr barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayır.