Azərbaycan millisi qrupda birinci yeri tutmaq istəyirsə, Lixtenşteynə qalib gəlməlidir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri qarşılaşmanı dəyərləndirib:

"Bizim üçün vacib oyundur. Qrupda birinci yeri tutmaq istəyiriksə Lixtenşteynə qalib gəlməliyik. Rəqib komanda istəklidir. İtirəcəkləri heçnə yoxdur. Matç ərzində əks hücumlara üstünlük verəcəklər".

Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.