“Fənərbağça”nın braziliyalı qapıçısı Ederson milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək ailəsi ilə birlikdə Marmarisdə istirahət edib. Ulduz futbolçunun üç günlük tətil üçün xərclədiyi məbləğ diqqət çəkib.
Metbuat.az xəbər verir ki, Türkiyənin “Fanatik” nəşrinin məlumatına görə, Ederson həyat yoldaşı Lais və üç övladı ilə birlikdə Marmarisə yollanıb. Futbolçu əvvəlcə təyyarə ilə Dalaman hava limanına çatıb, daha sonra isə qalacağı otelə xüsusi helikopterlə gedib.
Bildirilib ki, Ederson və ailəsi Marmarisdə gecəsi 13 min avro, yəni 730 min türk lirəsi olan lüks oteldə qalıb.
Üç günlük istirahət müddətində otel, nəqliyyat və digər xərclər də daxil olmaqla ümumilikdə 3 milyon türk lirəsi (təxminən 108 min manat) ödənildiyi qeyd olunub. Bu, futbolçunun tətil zamanı gündə orta hesabla 1 milyon türk lirəsi xərclədiyini göstərir.
Ederson bundan əvvəl də ailəsi ilə birlikdə Bodrum, Antalya və Kapadokyada istirahət edib. Marmaris səfərindən sonra isə braziliyalı qapıçı İstanbula qayıdaraq komandanın məşqlərinə qoşulub.
Futbolçu tətil zamanı iştirak etdiyi tədbirdə azarkeşlərlə də görüşüb. Onunla şəkil çəkdirmək və avtoqraf almaq istəyən azarkeşlər Edersonla görüşmək imkanı əldə ediblər.