İran ABŞ-yə yeni təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib. Nazir bildirib ki, Tehran Qətər vasitəçiləri üzərindən Vaşinqtona təkliflərini təqdim edib və hazırda qarşı tərəfin cavabını gözləyir.Əraqçi İranın nüvə məsələsində heç bir güzəştə getmədiyini, müzakirələrin isə yalnız Hörmüz boğazı ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, boğazın açılması ABŞ-nin İranın irəli sürdüyü şərtləri yerinə yetirməsindən asılıdır.

Nazir əlavə edib ki, İran həm diplomatik danışıqlara, həm də hərbi qarşıdurmaya hazırdır.