ABŞ Prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Evdə dünyanın aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçiriblər.
Metbuat.az xəbər verir ki, görüşdə Mark Zukerberq (Meta), Dario Amodei (Anthropic), Censen Huanq (Nvidia), Qreq Brokman (OpenAI), Sundar Pinçai (Google) və İlon Mask (xAI) iştirak ediblər. Sammitin əsas mövzusu süni intellektin tənzimlənməsi və gələcək inkişaf istiqamətləri olub.
Bu təcili görüş "Anthropic" tədqiqatçısı Ceykob Koksonun süni intellektin "geri dönülməz nöqtəyə" çatdığını bildirərək istefa verməsindən və "OpenAI" rəhbəri Sem Altman bəşəriyyətin "texnoloji sinqulyarlıq" (idarəolunmaz inkişaf) mərhələsinə yaxınlaşdığını bəyan etməsindən sonraya təsadüf edir.