Futbol üzrə Azərbaycan yığmasının Millətlər Liqasında Lixtenşteynə qarşı evdə keçirəcəyi oyun öncəsi açıq məşqi baş tutub.

Metbuat.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında məşqə isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular topla çalışmalara və müxtəlif təmrinlərin yerinə yetirilməsinə keçid ediblər.

Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.