NATO-nun baş katibi Mark Rutte alyans ərazisinə yaxın zamanda təhlükə olmadığını bildirib.
Metbuat.az xəbər verir ki, Rutte Brüsseldə “Euronews” tərəfindən təşkil olunan Müdafiə və Kosmos Sammitində çıxışı zamanı Rusiya-Ukrayna müharibəsi və Avropanın müdafiə məsələlərinə toxunub. O, Rusiyanın NATO-ya göndərdiyi məktubun məzmununu açıqlaya bilməyəcəyini, lakin məktubla bağlı məlumatların mətbuata sızdığını deyib. Rutte bildirib ki, NATO müdafiə alyansıdır və Rusiyanın nüvə təhdidlərinə son qoyması, xüsusilə də Ukraynadakı müharibəni dayandırması vacibdir. Baş katib Rusiyanın hazırda NATO ərazisinə qarşı hərbi qüvvə topladığına dair məlumat olmadığını vurğulayıb. Onun sözlərinə görə, alyans mümkün təhlükələrə, o cümlədən hibrid təhdidlərə qarşı mübarizə aparmaq iqtidarındadır.