Tofiq Yaqublu azadlığa buraxılacaq

Tofiq Yaqublu azadlığa buraxılacaq
17:05 23 Aprel 2015
191 Sosial
Ölkə mətbuatı
A- A+

Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılacaq. Vicdan məhbusunun yaxın saatlarda azad olunacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə musavat.com-a vəkil Nemət Kərimli məlumat verib:

“Məsələ artıq həll olunub. Sənədləşmə işi aparılır. Bir saata kimi, Tofiq Yaqublu 7 günlüyünə azad olunacaq. Göstəriş verilib. Qızının yas mərasimində iştirak etməyə. Penitensiar Xidmətdən əlaqə saxlayıb bildirdilər ki, rəsmi qaydada icazə verilib”.

Qeyd edək ki, Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR