“Qara dərili Barbi” məşhur markanın yeni üzü oldu

Qara dərili Barbi gəlinciyinə bənzədilən model Duckie Thot bir milyon izləyicisi olan səhifəsi ilə “İnstagram”ın qeyri-adi fenomenləri arasında yer alır.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, yarı sudanlı, yarı avstraliyalı modelin "Loreal Paris"in reklam üzü olduğu açıqlanıb.

22 yaşlı model markanın ən tünd rəngli dəriyə sahib üzü olub.

Duckie Thot 2013-cü ildə Avstraliyada təşkil olunan “Next Top Model” adlı yarışma ilə tanınıb.

Yarışmada olarkən 17 yaşında olan modelin xarici görünüşünü bəyənənlərlə yanaşı təhqir edənlər də olub.

Thot iki il gözdən itdikdən sonra modellik fəaliyyətini davam etdirib. 2016-cı ildə “Teen Vogue”yə müsahibə verərək “bütün mənfi şərhlərdən sonra ən son öz içimdən gələn səsi dinləməyə qərar verdim” deyə bildirib.







https://metbuat.az/news/1032687/naringinin-mocuzev...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR