Sosial şəbəkədə Tofiq Yaqublunun ailəsi ilə görüşündən ilk fotosu paylaşılıb
Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu bu gün günorta saatlarında azadlığa buraxılıb.

Bu barədə qafqazinfo-ya T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. O bildirib ki, sənədləşmə işləri günortaya kimi yekunlaşıb.

Xatırladaq ki, dünən T.Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. N.Yaqublu ağır xəstəlikdən əziyyət çəkirdi. Onun cənazəsi sabah Bakıya gətiriləcək.

Heç bir şərh vermədən fotoları təqdim edirik:

Milli.Az




Tofiq Yaqublu evində - FOTO
Tofiq Yaqublu evində - FOTO
Tofiq Yaqublu evində - FOTO
Tofiq Yaqublu evində - FOTO