Millət vəkili oteldə öldürülən bankirdən danışdı

Millət vəkili oteldə öldürülən bankirdən danışdı
22:12 24 Aprel 2015
371 Sosial
Ölkə mətbuatı
A- A+

“Avropa” otelində qətlə yetirilən “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədov Milli Məclisin şöbə müdiri Adilə Abbasovanın qardaşı oğludur.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a millət vəkili Elmira Axundova məlumat verib.

Mərhumun yas mərasimində iştirak edən millət vəkili hadisədən öncə Azər Məmmədovu tanımadığını deyib: “Azər Məmmədov hər bir uğurunu öz zəhməti ilə əldə edən gənc idi. 22 yaşından başlayaraq bank sektorunda məsul vəzifələrdə çalışıb. Eşitdiyimə görə çox yaxşı insan olub”.

Qeyd edək ki, Adilə Abbasova 1995-ci ildən Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiridir.

Xatırladaq ki, Azər Məmmədov aprelin 21-də “Avropa” otelindəki davada bıçaqlanaraq qətlə yetirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR