Türkiyədə keçirilən "O ses Türkiye" yarışmasında azərbaycanlı gənc iştirak edib.

Metbuat.az-ın verdiyi məlumata görə, Azər Həsənov adlı iştirakçı "Gəl ey səhər" mahnısını ifa edib. Münsiflərdən Murat Boz və Bəyazıt Öztürk Azərin səsini bəyənərək dönüb.

Daha sonra Murat Boz Azərlə duet oxuyub. Bu ifa tamaşaçıları valeh edib.

Sonda Azər Murat Bozun komandasını seçib.

Sabah 23 dərəcə isti olacaq - RƏSMİ - Oxumaq üçün tıkla