Xalq artisti, nağara ifaçısı Natiq Şirinovun üçüncü nəvəsi dünyaya gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə sənətçinin sosial şəbəkə hesabında paylaşım edilib.
O, paylaşımında üçüncü dəfə baba olduğunu bildirərək yazıb:
“Ömrün ən gözəl mükafatlarından biri nəvə sevgisidir. Bu gün üçüncü dəfə bu xoşbəxtliyi yaşadım. Allah balamızı sağlam, bəxtəvər etsin!”