Misli Premyer Liqasında XIII turun növbəti oyunları bu gün keçiriləcək.
Metbuat.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. Meydan sahibləri 14 xalla turnir cədvəlinin yeddinci, qonaqlar isə 11 xalla doqquzuncu pilləsində qərarlaşıb.
Günün ikinci oyununda “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq. “Azersun Arena”da təşkil olunacaq matç saat 17:00-da start götürəcək. Ağdam təmsilçisi 20 xalla dördüncü, “Sumqayıt” isə 10 xalla onuncu yerdədir.
Görüşlərin hakim təyinatları belədir:
14:30. “Şamaxı” - “Qəbələ”
Baş hakim: Rəşad Əhmədov.
Köməkçi hakimlər: Eyyub İbrahimov, Müslüm Əliyev.
Dördüncü hakim: Ruslan Quliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Stadion: Şamaxı şəhər stadionu.
17:00. “Qarabağ” - “Sumqayıt”
Baş hakim: Kamranbəy Rəhimov.
Köməkçi hakimlər: Kamran Bayramov, Orxan İbişov.
Dördüncü hakim: Nazim Abdullayev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Stadion: “Azersun Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şəfa” “İmişli”ni 3:1, “Neftçi” “Zirə”ni 1:0, “Turan Tovuz” “Kəpəz”i 2:1, “Sabah” isə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.