Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər", - hökumət başçısı vurğulayıb.

Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əminliyini ifadə edib.

Baş nazir əlavə edib ki, Ermənistan institusional dövlətə çevrilməlidir.