Siyəzəndə iki azyaşlı Taxtakörpü - Ceyranbatan su kanalına düşüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Zeynallı Ömər Vüsal oğlu və Allahverdiyev Hüseyn Ceyhun oğlu kanalın kənarında oynayan zaman suya düşüblər.
Ö.Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib, H.Allahverdiyevin isə axtarışları davam etdirilir.
Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.