Misli Premyer Liqasının XIII turunda daha iki oyun keçirilib.
Metbuat.az xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Tovuz təmsilçisinin heyətində Hayderson Hurtado (72) və Joarlem Santos (90+1) fərqləniblər. Qonaqların yeganə qolunu isə Şakir Seyidov (84, penalti) vurub.
Günün digər qarşılaşmasında “Sabah” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə üstələyib. Coy Lens Mikels (18) və Ksander Severina (68) qollara imza atıblar.