Braziliyalı sabiq futbolçu Aleks de Souzanın yeni iş yeri bəlli olub.
Metbuat.az xəbər verir ki, o, ölkəsinin “Seara” klubunun baş məşqçisi vəzifəsinə gətirilib. Klub rəhbərliyi təyinatla bağlı rəsmi məlumat yayıb. Tərəflər arasında müqavilə mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Aleks de Souza karyerasının ən uğurlu dövrünü Türkiyədə keçirib. O, 2004-2012-ci illərdə “Fənərbağça”nın formasını geyinib və klubun əfsanəvi futbolçularından birinə çevrilib.