“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin çoxsaylı insanın ölümünə səbəb olduğunu iddia edib.

Metbuat.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

O, platforma istifadəçilərindən birinin paylaşımına cavab olaraq, “Bu, tamamilə doğrudur. Onlar çoxsaylı insanın ölümünə səbəb olublar”, - deyə qeyd edib.

Həmin istifadəçi USAID-in digər ölkələrdə hakimiyyət dəyişikliyinə nail olmaq və seçki proseslərinə müdaxilə etmək üçün vasitə kimi istifadə olunduğunu iddia edib.